Ürək günü

Ürək “orqanizmin mühərriki”dir. Yaşadığımız bir ömür boyu o dayanmadan, fasiləsiz döyünərək bizə həyat bəxş edir. Ona görə də bu həyati vacib orqanı qorumalı, ona qayğı ilə yanaşmalıyıq. Dünya Ürək Federasiyasının məlumatına görə, sağlam həyat tərzi keçirmək, tütün istifadəsini məhdudlaşdırmaq, qidalanmanı nəzarətdə saxlamaq və fiziki fəallığı artırmaq hesabına infarkt və insult nəticəsində baş verən erkən ölümlərin 80 faizinin qarşısını almaq olar.

Diqər xəbərlər